VIII Qurultayın vəzifələri Nərimanov bələdiyyəsində müzakirə olunub
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “S.Rəhman küçəsi 53A” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, Partiyanın sədri cənab İlham Əliyevin VIII Qurultayda müəyyənləşdirdiyi məqsədlər və qarşıda duran vəzifələrə həsr olunmuş növbəti görüş keçirilib.
Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri
Elçin Quliyev ölkəmizin əldə etdiyi nailiyyətlərin qorunması və inkişaf
etdirilməsi, dövlət siyasətinin əsas istiqamətlərinin təbliği, milli həmrəyliyin
gücləndirilməsi və cəmiyyətin dövlətçilik ideyaları ətrafında birləşdirilməsi məsələlərindən
danışıb. Həmçinin informasiya təhlükəsizliyinin təmin edilməsi, həqiqətə uyğun
məlumatların yayılması və milli-mənəvi dəyərlərin gənc nəslə aşılanmasının
vacibliyi vurğulanıb.
Görüşdə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assossasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev qurultayda irəli sürülən çağırışların gündəlik fəaliyyətə tətbiqi, vətəndaşlarla əlaqələrin genişləndirilməsi və ictimai təşəbbüslərin dəstəklənməsi barədə fikirlərini bölüşüb. Qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində partiya üzvlərinin fəal mövqeyinin əhəmiyyəti xüsusi qeyd edilib.
Rəylər
0 Rəy